Bakıda qadın ərini bıçaqladı
Bakıda qadın ərini bıçaqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonu, Keşlə qəsəbəsində baş verib.
1984-cü il təvəllüdlü Sevinc Sadıqova yaşadıqları evdə ailə münaqişəsi zəminində əri, 1980-cı il təvəllüdlü Zaur Sadıqovu ayaq nahiyəsindən bıçaqlayıb.
Z.Sadıqova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.