21 Noyabr 2024

Bakıda narkotik satdığı üçün saxlanılan şəxsə hökm oxundu

Bakıda narkotik satışı ilə məşğul olduğu üçün saxlanılan şəxs hakim qarşısına çıxarılıb.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etməkdə ittiham edilən Tofiq Naibovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Rəsulov Rafiq Hidayət oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Rəsulova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.