Bakıda “KamAZ”la minik avtomobili toqquşdu, bir nəfər xəstəxanalıq oldu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə zamanı minik avtomobilinin sürücüsü Rzayev Nurlan Əlirza oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sağ ayağının sınığı və bədəninin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.