Bakıda dəm qazı can aldı
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.
“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Həsənova Cevlana Ərəstun qızı hamam otağında dəm qazından zəhərlənib və həyatını itirib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.