Bakıda daha bir intihar: 38 yaşlı qadın özünü binadan atdı
Bakıda daha bir intihar hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə yanvarın 26-ı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Belə ki, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.