Bakıda 75 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə meyit aşlarlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “İki sahil”ə verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Qurbanova Solmaz Osman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.