13 Mart 2025

Bakıda 3 yaşlı körpəni avtomobil vurub

Bakıda 3 yaşlı körpəni avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Vəkilov Əli Telman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.