Bakıda 10 yaşlı uşağı avtomobil vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Yolu keçən 2011-ci il təvəllüdlü Quliyev Rəşad Toğrul oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.