08 Sentyabr 2024

Bakı sakini ürəyindən bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əfəndiyev Kamran Hüseyn oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ürək və böyrək nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.