23 İyun 2025

Bakı gözlədiyi qara qovuşdu- İllər sonra dəyişən mənzərə- VİDEO

Bir neçə il fasilədən sonra nəhayət ki, Bakıya qışın ilk qarı yağdı.

Əhali qarın yağmasını nə qədər həsrətlə gözləsə də, illər ərzində belə bir ifadə də formalaşıb ki, Bakıya qar yaraşmır. Söhbət qarın yaratdığı problemlərdən , yol-nəqliyyat infrastrukturunun iflic olmasından, kommunal xidmətlərlə bağlı yaranan çətinliklərdən gedir. Bəs görəsən, bu dəfə qar hansısa fəsadlar yaradıbmı? Sakinlər qaz, elektrik enerjisi , istiliklə bağlı problemlər yaşayırmı?

Musavat.com-un reportyor qrupu  olaraq Bakının qarlı günlərini lentə aldıq.

Müşahidə etdik ki, qarın yağmasını sevinclə qarşılayan, ən çox əylənən isə əlbəttə ki, uşaqlardır.

Alim Liftiyev
Musavat.com