11 Avqust 2025

Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Bəylər Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Media1.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov təltif edilib.