04 Dekabr 2024

Bəstəkarlar İttifaqının katibi: “Dahilərimizin heykəllərinin qaytarılması ən gözəl hadisədir”

Yanvarın 15-də Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı heykəllərin açılışını edib.

Məsələ ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova “Yeni Müsavat”a danışıb. Musiqişünas dahiş şəxsiyyətlərin yenidən öz yerlərinə qaytarılmasını ən gözəl hadisə olduğunu deyib: “Çox acınaqcaqlı bir hal idi ki, düşmənlər o cür dahi insanlarımızın abidələrini güllələmişdi. Həmin abidələr Bakıya gətirildikdən sonra biz mədəniyyət xadimləri tez-tez onları ziyarət edirdik.

Zemfira Qafarova: "Elə söhbətlər edirlər ki, adam utanır"

Zemfira Qafarova 

Çox şükür ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi, əsgərlərimizin rəşadəti ilə biz qələbə qazandıq. Bu neçə yüz ildə belə qələbəmiz olmamışdı. Yəni, 2020-ci il bizim üçün tarixi bir il kimi qaldı. Ən sevindirici hallardan biri də budur ki, Prezidentimiz xanımı ilə birgə işğaldan azad olunan ərazilərimizi ziyarət edir.

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün heykəlləri Şuşaya qaytarılıb

Beləliklə, artıq dahilərimizin abidələri öz yerinə qaytarıldı. Bu çox gözəl hadisədir. İndi biz ermənilər tərəfindən vəhşicəsinə dağıdılan abidələrimizi yenidən bərpa edərək, öz yerlərinə qaytarmalıyıq. Bülbülün, Üzeyir bəyin, Natəvanın ev muzeyləri bizim üçün müqəddəs məbədlərdir. Düşünürük ki, bundan sonra daha çox işlərimiz olacaq. Ən əsası Şuşaya gedib, orada tədbirlər keçirməliyik. Şuşa artıq təkcə Azərbaycan üçün deyil, həm də dünya üçün böyük bir mədəniyyət ocağı olacaq, həm gözəl təbiəti, həm də xadimlərimiz ilə. Heç bir yerdə bu qədər dahilər yetişməyib”.

Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın "Güllələnmiş heykəllər"i Şuşaya  qaytarıldı - Yeni Gəncə

Xalidə GƏRAY,
“Yeni Müsavat”