08 Sentyabr 2024

Bərdəyə atılan erməni raketlərindən zərərçəkmiş:Rac Əmrullayev biganəlikdən gileylənir

Musa Muradlı, Media1.az

44 günlük II Qarabağ müharibəsində Ermənistan tərəfindən  Gəncə və Bərdəyə atılan raketlər çoxlu sayda mülki əhalinin həlak olması ilə nəticələnib.Bununla da Ermənistan bir daha qeyri-insanı hərəkətləri ilə bəşəri dəyərlərə yad olduğunu nümayiş etdirib.

Oktyabrın 28-də Bərdəyə ermənilərin xaincəsinə havadan hücumu zamanı xeyli sayda mülki şəhər əhalisi qurbana çevrilib . Ətrafa yayılan kaset bombalar sözün əsl mənasında Bərdəni qanlı meydana çevirmişdi. Onlarla mülki əhali həmin andaca həyatını itirmişdi. İndi də həmin müdhiş, dəhşətli raket hücumu hadisə qurbanlarının psixoloji zərbələrə məruz qoyub. Çoxlu sayda insan sağlamlığını, əmək qabiliyyətini itirib.

Həmin dəhşətli gündən danışan Rac Əmrullayev Media1.az-a bildirib ki, oğlu Ataxan çörək alıb qayıdırmış. Kaset bombalar tökülməyə başlayıb. Çörək mağazasının yanındakı “Pojarnının kruqu” deyilən meydan bir anın içində qan gölünə çevrilib. Onlarla insan qətliama məruz qalıb. Çörək mağazasında işləyən satıcı xanım ağır yaralı olaraq xəstəxanaya götürülüb.Qonşuluqdakı ət mağazasındakı qəssab işləyən  iki qardaş da ermənilərin raket hücumu nəticəsində həlak olublar. Yoldan ötüb keçənlər, müştəri gözləyən taksi sürücüləri, evinin yanından yola çıxanlar qəflətən tökülən kaset bombaların qurbanına çevriliblər.

Rac Əmrullayevlə söhbət zamanı məlum olur ki, oğlu həmin hadisələrdə xoş təsadüf nəticəsində sağ qalıb.Çox mərtəbəli yaşayış binasının tinindən burulub həyətə keçərkən raketlər düşüb. Çoxları kimi onlar da binanın zirzəmisində qorunmalı olublar. Ancaq buna baxmayaraq hadisənin şokunu hələ də yaşayırlar. Ataxan da ö gündən psixoloji zədələnmə ilə ayrılıb.O gündən yuxuda olarkən başında ağrılar başlayır. Həkimlər onun ağrılarını beyində sıxılmalarla əlaqələndirirlər.

Ataxan səhhətinin ağırlaşmasına görə Bakıda Nevroloji xəstəxanada müalicə alıb. “Modern” hospitalda MRT müainəsindən keçib.Aldqları cavab da beyində zədələnməni göstərib.Ataxanın atası Rac Əmrullayev övladının müalicəsi üçün əlindən gələni əsirgəməyib. Dediyinə görə olan-olmazını satıb.Hətta çörək pulu qazanıb dolanışığını təmin etmək üçün işlətdiyi maşınınından  da keçib. Övladının sağlamlığına qovuşması üçün dövlət səhiyyə qrumlarından  isə onun övladına  heç bir yardım göstərilməyib.

Müharibə qurbanı olan Ataxanın durumu  həmişəki kimi qeyri kafi olaraq qalır. Yatanda başındakı ağrılar qalxır. Bunun üçün də mütəmadi  olaraq ,O, dərmanlardan istifadə etməli olur. Rac Əmrullayev vurğulayır ki, övladının həyatı dərmanlardan asılı qalıb. Dərmanları almağa isə artıq pulu tükənib.

Həmsöhbətimiz onlara biganə münasibət göstərilməyindən şikayətlənir. Dediklərindən belə məlum olur ki, oğlu Ataxan anadan olanda qolunda qüsur olub.Plestik diaqnoz qoyulub. Raket hücumu zamanı qorxudan onda xəstəliyin yeni əlamətləri özünü biruzə verib.Dilqatlanma, başda sıxılmalar yaranıb. Valideyin Rac Əmrullayevin özünün şəxsi vəsaiti imkan verməsə də ümidi dövlətə və onun vicdanlı səlahiyyətli şəxslərinədi ki, müharibədən zərərçəkmiş kimi övladına yardım göstərmiş olacaqlar.

Ümid edək ki, Ataxana Azərbaycan səhiyyəsinin yüksək imkanlarından yararlanmaq üçün hər cür lazımi köməklik göstəriləcək. Onun müalicəsinə hərtərəfli şərait yaradılacaq. Diqqət və qayğı sayəsində sağlamlığı tam bərpa olunacaq.