Bərdənin Qazaxlar kənd məktəbində ”Nizami Gəncəvi 880” adlı onlayn tədbir təşkil edilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, o cümlədən Bərdə Tayon Təhsil Şöbəsinin metodisti Aygün Xəlilova iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi bütün xalqımız kimi, məktəbimizin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb edir.
Sonra şagirdlər dahi Nizaminin həyat və yaradıcılığından bəhs edən çıxışlar edib, şerlər söyləyiblər.