Bərdəlilər 15 oktyabr Ekoloji Bilik Günündə onlayn diskusiyaya qoşulublar
Media1.az xəbər verir ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə onlayn ekoloji müzakirə təşkil edilib.
15 Aprel Ekoloji Bilik Günü ilə bağlı müazakirədə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi,Bərdə rayon Gənclər və İdman İdarəsi, Şəhid Alı adına 5 saylı Bərdə şəhər Tam Orta Məktəbin, “Ekoloji İnformasiya” İB-nin və Bərdə regional “ASAN” xidmət mərkəzinin təmsilçiləri iştirak edib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev bildirib ki, ekoloji problem bəşəri olsa da onun nizamlanmasında vahid siyasi xətt yoxdur. Erməni vandalları da bunun nəticəsində işğal olunmuş ərazilərimizdə təbiətimizə külli miqdarda ziyan vurub. Bəsitçay qoruğunda yaşı yüzillərlə olan Çinar ağaclarını amansızcasına məhv ediblər.
9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, “Ekoloji İnformasiya” İB-nin sədri Musa Muradlı, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aydın Qasımov, Şəhid Alı adına 5 saylı Bərdə şəhər Tam Orta Məktəbin biologiya müəlliməsi Şahirə Həsənova,Bərdə regional “ASAN” xidmət mərkəzinin təmsilçisi Aydın İslamzadə,Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin kitabxanaçısı Ləman Həsənzadə mövcud ekoloji problemlərdən danışıblar. Cəmiyyətdə ekoloji maarifləndirilmənin davamlı olaraq aparılmasını vurğulayıblar.
Onu da qeyd edək ki, onlayn diskusiyanın moderatoru Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının sədri, tələbə Sabir Hümbətzadə olub.
Musa Muradlı, Media1.az