03 Dekabr 2024

Bərdədə tikilən Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq edilib

Bərdə rayonu ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 25-dək olan müddətdə rayon ərazisində inşa edilən Mədəniyyət Mərkəzindən 27 600 manat dəyərində armatur oğurlanmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.