Bərdədə lisey direktoru həbs olundu
Media1.az xəbər verir ki, bu gün 105 saylı Bərdə Texniki Peşə Liseyinin direktoru Şamil Şükürovu Azərbaycan Respublikasının Baş Prokuroluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.
İlkin məlumata görə əməliyyat tədbiri korrupsiya faktı ilə bağlıdır. Bildirildiyinə görə , Şamil Şükürovda məktəbin şagirdlərinə məxsus təqaüd kartları aşkarlanıb.
Onu da qeyd edək ki, direktorla yanaşı məktəbin mühasibi də saxlanılaraq Bakı şəhərinə məcburi ezam olunublar.