Bərdə sakinində “İJ” markalı sənədsiz ov tüfəngi aşkarlanıb
Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər
Bərdə rayon sakinindən sənədləri olmayan ov tüfəngi götürülüb. Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli kənd sakini S.Əkbərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.