08 Sentyabr 2024

Bərdə Regional Mədəniyyət İdarəsində növbəti müşavirə keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsində hər həftənin 1-ci günü aparat işçilərinin iştirakı ilə cənab nazir və nazirliyin verdiyi tapşırıqların icra vəziyyəti ilə bağlı müşavirə keçirilir.

Media1.az Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, müşavirədə ötən həftə ərzində görülmüş işlər və cari həftə ərzində qarşıda duran vəzifələr müzakirə olunub.

Həmçinin, regional idarənin rəhbərliyi MİHİ-nin regional idarənin əhatə etdiyi şəhər və rayon Komitələrinin xətti ilə mədəniyyət işçiləri tərəfindən şəhid ailələrini və qaziləri mütəmadi olaraq ziyarət edilməsi, müəssisələrdə monitorinqlərin aparılması, onlayn tədbirlərin davamlı olaraq keçirilməsi və bu barədə hər ay nazirliyə hesabatın verilməsi, videoçarxların hazırlanması, regional idarəyə daxil olan məktubların vaxtında və düzgün icra olunması, müəssisələrdə dezinfeksiya işlərinin davamlı olaraq həyat keçirilməsinin vacibliyi ilə bağlı tapşırıqlarını verib.

Sonda müşavirə iştirakçılarının ötən həftə ərzində gördüyü işlərlə bağlı hesabatları, sualları və təklifləri dinlənilib.