20 Aprel 2024

Bərdə rayonunun Mustafaağalı kəndindən savaşa gedib şəhid olan oğullarımız

Onlar can verdilər ki, vətən yaşasın

Xalqımız 1988-ci ildən bəri mənfur düşmənlə savaş aparır. Minlərlə Azərbaycan oğulu , qızı  erməni təcavüzünün qurbanına çevrilib. Qarabağın şəhər və kəndlərinin mülki sakinləri erməni soyqırımına məruz qalıblar. Xocalı, Qaradağlı, Kəlbəcər, Ağdaban- hər kəndimiz , hər şəhərimizdə günahsız insanlar erməni vəhşiləri tərəfindən qətlə yetirilib. Təbiiki ermənilər bu vəhşilikləri havadarlarına arxalanaraq törədib. Cəsarətsiz , qorxaq millətin əks halda misli görünməmiş bu vəhşilikləri həyata keçirməyə nə cəsarəti çatar, nə də gücü yetərdi.

Ermənilərin hərbi cinayətlərinin qarşısını almağa, torpaqlarımızı qorumağa qalxan minlərlə oğlumuz münaqişənin ilk illərində ov tüfənglərilə , kustar hazırlanmış silahlar hesabına olsa da mübarizə aparmalı olmuşdular. Savaş Azərbaycan xalqını heç vaxt qorxuzmamışdır.Hamının amalı vətəni yağı düşməndən qorumaq olmuşdur. Birinci Qarabağ müharibəsində döyüşən oğullarımızın hünəri, rəşadəti sayəsində qələbəyə yaxınlaşsaq da siyasi oyunlar, xarici ölkələrin törətdiyi təxribat, saldığı nifaq minlərlə can hesabına əldə etdiyimiz uğurlarımızı başa çatdırmağa imkan vermədi. Düz 27 il məğlubluq hissilə yurd yerlərimizə baxmaq məcburiyyətində qalmışdıq. Dünyanın hər yerinə gedə biləcəyimiz halda 50-70-100 km-lik rayonlarımıza getməyi xəyal belə edə bilmirdik.

Ancaq bu gün Ali baş komandanımızın rəhbərliyi altında Azərbaycan əsgəri bu sevinci bizə yaşatdı. İndi biz qalibik. İstədiyimiz yerə getmək üçün qarşımızı şərəfsiz, düşmən erməni kəsə bilməz. Bunun üçün isə şəhidlərimizə,qazilərinizə ömürboyu borcluyuq.

Vətən müharibəsində Bərdə rayonunun Mustafaağalı kəndindən də iştirak edənlər az deyil. Birinci Qarabağ savaşında Göyüş Qarayev, Mübariz Muradov,aprel döyüşlərində Səbuhi Musayev, II Qarabağ döyüşlərində Asəf Əsgərov, Cəlal Cəlalzadə,Behbud Behbudlu, Fəqan Ziyadov həyatlarını bu müqəddəs yolda qurban veriblər.

Media1 xəbər portalı bu günlərdə şəhid Asəf Əsgərovun ailəsində qonaq olaraq qəhrəmanın həyat hekayəsi ilə tanış olub.