23 Dekabr 2024

Bərdə rayon İcra Hakimiyyətində Qarabağ qazisi şöbə müdiri təyin edilib

Media1.az xəbər verir ki, bu barədə Bərdədən seçilmiş millət vəkili Fatma Yılıdırım özünün Facebook səhifəsində yazıb.

Millət vəkilinin bildirdiyinə görə , Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Samir Səfərov Bərdə rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

“Belə əqidəli, vətənpərvər, əsl döyüşçü ruhuna sahib olan igid Azərbaycan oğlunun bu vəzifəyə təyin olunmasına çox sevindim. Samir Səfərovu ürəkdən təbrik edirəm və yeni vəzifəsində uğurlar arzulayıram!

İnanıram ki, o, Vətən müharibəsi iştirakçısı kimi müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin qayğılarına hər zaman həssaslıqla, diqqətlə yanaşacaq və öz işini layiqincə yerinə yetirəcəkdir.”- deyə millət vəkili Fatma Yıldırım təyinatdan razılığını bildirib.