Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrdir
Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri ilə diplamatik, iqtisadi və siyasi əlaqələrə malikdir.Belə ölkələrdən biri də İsrail dövlətidir. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi.
Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm və digər sahələrdə daha da dərinləşdirilməsi üçün aparılan müzakirələr, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhvələr verir.
Azərbaycan və İsrail Prezidentlərinin görüşü zamanı xüsusi olaraq enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də ətraflı müzakirə olunub. Qeyd etmək lazımdır ki, energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.
Azərbaycan və İsrail Prezidentlərinin görüşü zamanı Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bu Azərbaycanla İsrail arasında hərbi əməkdaslığın yüksək səviyyədə olmasından irəli gəlirdi. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini ölkəmizdən əsirgəməyib. Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi