Azərbaycanın mədəniyyət naziri Türkiyənin Cümhuriyyət Günündə iştirak edib FOTO
Türkiyədə səfərdə olan Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi heyət İstanbul Atatürk Mədəniyyət Mərkəzinin yenidən açılışında iştirak edib.
Media1.az Report-a istinadən xəbər verir ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bir sıra dövlətlərin rəsmiləri qatılıb.
Açılış tədbirində ölkə başçısı R.T.Ərdoğan çıxış edərək, qardaş Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.
Sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qonaqları salamlayaraq, qədim tarixi köklərə malik Türkiyə dövlətinin zəngin mədəniyyətindən söz açıb.
Tədbir “Sinan” operasının nümayişi ilə davam edib.
Qeyd edək ki, 1923-cü ildən etibarən hər il oktyabrın 29-u Türkiyənin Cümhuriyyət Günü kimi qeyd olunur.