19 Aprel 2024

Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda yeməklər paylayıblar – FOTO

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri və Türkiyədə yaşayan azərbaycanlı iş adamları qardaş ölkədə baş vermiş zəlzələdən sonra zərərçəkmişlərə yardımlar göstərməkdə davam edir.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, onlar Kahramanmaraş bölgəsinin daha bir bölgəsində insanlara isti yeməklər paylayıb.

Belə ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rauz Bəylərovun təşkilatçılığı ilə şəhərin Stansiya məhəlləsində yeməklər hazırlanaraq təbii fəlakətdən zərərçəkmiş şəxslərə verilib.

İş adamı açıqlamasında bildirib ki, Stansiya məhəlləsində 1000 nəfərlik yemək hazırlanıb, süfrə açılıb.

R.Bəylərov qeyd edib ki, növbəti günlərdə də yerli sakinlərə yeməklər paylanılacaq:

“Burada əlimizdən nə gəlirsə edəcəyik. Sona qədər zərərçəkmişlərə dəstək olacağıq”.

Qeyd edək ki, yeməklərin paylanılmasında Azərbaycan könüllüləri də fəaliyyət göstərir.