08 Sentyabr 2024

Müxalifət Azərbaycanın G-20 sammitinə dəvət edilməsini böyük hadisə adlandırdı

Azərbaycan artıq bir çox istiqamətlər üzrə dünyanın böyük dövlətləri, nüfuzlu təşkilatları üçün vacib, əhəmiyyətli dövlətdir

Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb. Dünya əhalisinin 60 faizini, ÜDM-nin isə 80 faizini əhatə edən G-20 qrupu cari ildə İtaliyanın sədrliyində “İnsanlar, Planet, Rifah” deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

Xatırladaq ki, G-20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.

Azərbaycanın Romada keçiriləcək “Böyük iyirmilik” (G-20) ölkələrinin zirvə toplantısına dəvət edilməsinə müxalifət partiyaları da seviniblər və bu hadisəni ölkəmizə verilən böyük önəm hesab edirlər.

Tural Abbaslı — Vikipediya

Tural Abbaslı 

Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Azərbaycan kimi o qədər böyük olmayan dövlətin G-20 ölkələrinin toplantısına dəvət edilməsi həmin dövlətin beynəlxalq aləmdəki nüfuzundan, hörmətindən xəbər verir: “Bu nüfuz müxtəlif formatlarda ola bilər. Hərbi güc kimi, iqtisadi güc kimi və ya geosiyasi güc kimi ola bilər. Azərbaycanın G-20 ölkələrinin sammitinə dəvət edilməsi həm də onun 44 günlük Qarabağ müharibəsindən sonra dünyada xüsusi ciddi bir ölkə kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan həm də qlobal əhəmiyyətli layihələrdə açar rolunu oynayan ölkə kimi qəbul edilir. Azərbaycan artıq bir çox istiqamətlər üzrə dünyanın böyük dövlətləri, böyük təşkilatları üçün vacib, əhəmiyyətli dövlətdir. Yəni artıq bizim ölkəmiz təkcə karbohidrogen ehtiyatlarına görə qəbul edilən ölkə deyil, eyni zamanda hərbi gücünə görə, siyasi gücünə görə qəbul edilən, regionda söz sahibi olan ölkə kimi əhəmiyyət verilən ölkədir. Ölkəmizin G-20 ölkələrinin sammitinə dəvət edilməsi və orada iştirakımız Azərbaycanın dünyada nüfuzuna əlavə dividentlər gətirəcək”.

Deyirlər ki, hər gün İsgəndər Həmidovla yeyib-içirlər” - Ağasif Şakiroğlu  AXH-də baş verənlərdən danışdı

 Ağasif Şakiroğlu 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirib ki, Azərbaycanın Romada keçiriləcək G-20 ölkələrinin zirvə toplantısına dəvət edilməsi əla xəbərdir. G20-də haqq səsimizi dünyaya yenidən çatdırmaq imkanı əldə edəcəyik: “2020-nin ölkəsi Azərbaycandır!

44 günlük müharibə dövründə dünyaya yeni müharibə təcrübəsi gətirdik. Hələ də gündəmin ölkəsiyik. Dəvət edilməyimiz normaldır. Bu həm də Azərbaycanın bir dövlət olaraq yürütdüyü xarici siyasətin necə doğru olduğunun isbatı oldu. İqtisadi gücün varsa, hərbi gücün var deməkdir. Və ya əksinə, hərbi gücün varsa, siyasi gücün var.

Bu hadisədə Azərbaycan Ordusunun Ali Baş Komandanının siyasəti ilə yanaşı Azərbaycan Ordusunun Azərbaycan igidlərinin canı, qanı bahasına qazandığı qələbə böyük rol oyanır. Mərhum prezident Heydər Əliyev demişkən, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Düşünürəm ki, bizim də gücümüz milli birliyimizdədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”