22 Dekabr 2024

Azərbaycanda tikinti materialları UCUZLAŞDI – QİYMƏTLƏR – VİDEO

Rusiyada rublun ucuzlaşması bu ölkədən Azərbaycana gətirilən tikinti materiallarının qiymətinə də təsir edib.

Satıcıların Xəzər TV-yə bildirib ki, ən çox ucuzlaşma taxtada müşahidə edilir.

Ötən il 1 kubmetrinin qiymət 450 manata qədər yüksələn taxta indi 1 kubmetri təxminən 300 manata təklif edilir.

Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata enib.

Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində enmə var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat enmə var.
Armaturun qiymətində də ötən illə müqayisədə azalma olub.

Satıcılar ucuzluğu həm də materialların çox olması ilə də əlaqələndirirlər.

İqtisadçı Xalid Kərimli deyir ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:https://www.youtube.com/embed/LZyRZeBTWa8