21 İyun 2025

Azərbaycanda “Omikron” ştammı aşkarlanıb? – AÇIQLAMA

“Hazırda bütün vaksinlər “Omikron” ştammından qoruyur”.

Media1.az  APA-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov “COVID-19 – Omikron ştammı” mövzusunda çıxışında deyib.

O bildirib ki, vaksin yoluxmadan, ağır xəstəlik və ölüm hallarından yüksək faizlə qoruyur: “Buster doza gücləndirici dozadır. Var olan immun cavabın daha da qüvvətləndirilməsi üçün vurulur. Bu, COVID-19-a spesifik olan bir şey deyil. Digər xəstəliklərə qarşı da zamanla, 10 il aralıqla peyvəndləri təkrarlayırıq”.

İnfeksionist qeyd edib ki, hazırda Azərbaycanda “Omikron” ştammı aşkarlanmayıb.