Azərbaycanda Nəqliyyat sektorunun əhəmiyyəti artır
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyatfəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçünmühüm rol oynayır.
Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldəedilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətinixeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadiməkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştiraketmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətlimilli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrasızərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbtedən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.
Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafındanəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul vəxidmətlərin istehsalı, paylanması və istehlakı sahəsindəfəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlərməcmusunda inkaredilməz rola malikdir.
Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi vəinteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər birölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunutəsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadimahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniştəkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər.
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi