22 Dekabr 2024

Azərbaycanda iftar süfrəsində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. 

media1.az-ın məlumatına görə, rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar. 

Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib. 

Onların pomidordan zəhərləndikləri ehtimal edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məsələ ilə bağlı məlumat daxil olub. İlkin araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.