25 Aprel 2024

Azərbaycanda dəhşətli qətl: Qadının başını kəsib mağazaya atdılar

Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, rayonun Ostayır kənd sakini Məmmədova Gülxar Əhməd qızı amansızcasına öldürülüb.

Onun başı baltayla kəsilərək mağazaya atılıb.

Rayon polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.