10 Yanvar 2025

Azərbaycanda daha 41 nəfər COVID-19-dan vəfat edib

Son sutkada 4010 nəfər koronavirusa yoluxub, 2 898 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.

Azərbaycanda son sutkada 4010 nəfər COVID-19-a yoluxub, 2 898 nəfər sağalıb, 41 nəfər vəfat edib