22 İyun 2025

Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub

Operativ Qərargah məlumat yayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. 1 507 nəfər aktiv xəstə sayını təşkil edib.