01 İyul 2025

Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür

Dövlət başçısı bir neçə il bundan əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə diqqət çəkərək deyib ki, bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Onun sözlərinə görə, ikinci dəfə müstəqilliyini bərpa etdiyi tarixdən keçən qısa dövr ərzində Azərbaycan özünü dünyaya böyük hörmət sahibi olan etibarlı ölkə kimi tanıda bilib: “Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Azərbaycanın tərəfdaşlarla fikir ayrılıqları münasibətlərimizin strateji xarakterinə təsir göstərmir. Azərbaycanın xarici siyasətində lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur. Azərbaycanın müstəqil xarici siyasət kursu qonşu və digər dövlətlərlə xoş, qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa şərait yaradıb.”

Azərbaycan vaxtilə Rusiya, İran və Türkmənistanla Azərbaycan arasında münasibətlər baxımından müəyyən gərginlik hökm sürüb. Bu gün düzgün xarici siyasət nəticəsində Azərbaycan işğalçı Ermənistan istisna olmaqla digər dünya dövlətləri ilə milli və dövlətçilik maraqlarına xidmət edəcək münasibətlər qurub: “Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazanıb. Bunun əyani göstəricisi postsovet ölkələr arasında birinci Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi sabit məkandır. Azərbaycan işğaldan, etnik təmizləmədən ən çox əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında qalıb, bir miyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.  Nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda Azərbaycan əhalisinin sayı 8 milyon idi, bir miyondan çox qaçqın və məcburi köçkün böyük faciə, böyük humanitar fəlakət idi. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın vermişdir.”

Prezident İlham Əliyev qeyd edib: “Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini