20 Aprel 2024

Azərbaycan Ombudsmanının maaşı artırılıb

Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) maaşı artırılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya Qanununda əksini tapıb.

Qanuna əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.