22 Dekabr 2024

Azərbaycan İslamiadada 11-ci qızıl medalı qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

“Report” xəbər verir ki, Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycan komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq yekun sıralamada birinci olub.

Bu, ölkənin İslamiadada qazandığı 11-ci qızıl medaldır.