Azərbaycan ilə Özbəkistan çoxşaxəli əməkdaşlığı dərinləşdirirlər

Azərbaycan–Özbəkistan diplomatik münasibətləri 2 oktyabr 1995-ci ildə qurulub. Bu münasibətlərin təməlində yalnız diplomatik sənədlər deyil, həmçinin ortaq tarix, mədəniyyət, dil, din və mənəvi dəyərlər dayanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, bir-birinin suverenliyi və milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Cari ilin 2 iyul tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlişi bu münasibətlərin daha da inkişafı və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatla çıxış edərək görülən işlər və gələcək perspektivlər haqqında ictimaiyyəti məlumatlandırdılar. Prezident İlham Əliyev çıxışında ilk öncə 2024-cü ildə Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilədən söz açdı. Bu sənəd iki dövlət arasında münasibətlərin ən yüksək və əhəmiyyətli formasını təsdiqləyir.
Özbəkistan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində verilən bəyanatlar dövlətlərarası münasibətlərin strateji müttəfiqlik zirvəsində uğurla inkişaf etdiyini təsdiqləyir. İqtisadiyyat, nəqliyyat, enerji, kənd təsərrüfatı, sosial infrastruktur və humanitar sahələrdə imzalanmış sənədlər və reallaşdırılan layihələr münasibətlərin dərinləşməsinin əyani sübutudur. Əminliklə demək olar ki, iki ölkə arasında qarşılıqlı etimada, ortaq dəyərlərə və səmimi münasibətlərə əsaslanan bu əməkdaşlıq modeli regionda nümunəvi strateji tərəfdaşlıq nümunəsi kimi çıxış edir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı