16 İyul 2025

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan işgüzar səfəri çərçivəsində mayın-21 də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak və çıxış edib.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”.

Türk Dövlətləri Təşkilatı (TDT) Beynəlxalq müstəvidə və münasibətlər sistemində güclü mövqeyə sahibdir. Azərbaycan bu təşkilatın ən fəal və aktiv üzvlərindən biri kimi burada xüsusi rola malikdir. Bu təşkilat daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, strateji məsələləri ehtiva edən birlik formatıdır. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının bundan sonra da qlobal miqyasda önəmi getdikcə artacaq. Çünki bu təşkilatın əsasını bir-birinə tarixi, dini, milli-mənəvi köklərə əsaslanan müttəfiqlər təşkil edir.

Budapeştin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının sammiti yalnız Şərqlə Qərbin qovşağında yerləşən coğrafi məkanın deyil, həm də ideoloji və siyasi mübarizələrin simvoluna çevrildi. Bu sammitin “Şərq və Qərbin görüşdüyü məkan” devizi ilə keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edirdi və həm də Avropa İttifaqının üzvü olan Macarıstanın bu zirvəyə ev sahibliyi etməsi yalnız məkanca deyil, siyasi baxımdan da təsadüfi deyildi. TDT-də müşahidəçi statusuna malik olan Macarıstan öz tarixi-mədəni yaxınlığını ön plana çəkərək Türk dünyasına inteqrasiya üçün nadir imkanlar təqdim edir. Budapeşt Zirvəsi Macarıstanın bu istiqamətdə oynadığı mühüm rolun təsdiqidir.

Budapeşt sammitində Azərbaycan prezidentinin çıxışında əks olunan tezislər də bir daha ölkəmizin birlik daxilindəki yüksək mövqeyini göstərmiş oldu. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu daha çox realist beynəlxalq münasibətlər nəzəriyyəsinin əsas prinsiplərinə uyğun olaraq, hərbi, iqtisadi və diplomatik güc elementlərinin balanslı istifadəsi nəticəsində formalaşmışdır. Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğulanan fikir – “Türkdilli Dövlətlət Təşkilatı keçmişin yox, gələcəyin layihəsidir” gələcək yönlü strateji əməkdaşlığın qurulmasına çağırışdır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı