Azərbaycan FHN-in Türkiyəyə göndərdiyi xilasedicilərin və yardımın həcmi açıqlandı
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb.
FHN-dən verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir:
Xilasetmə və tibbi personal 760 nəfər, xilasetmə iti 8 baş, mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd, xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd, çadır (müxtəlif ölçülü) 2630 ədəd, qızdırıcı 707 ədəd, çarpayı 540 ədəd, böyük gücə malik generator 5 ədəd, ədyal 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, geyim dəsti 8000 ədəd, corab (cüt) 20000 ədəd, masa 650 ədəd, oturacaq 2000 ədəd, iplik dəsmal 7000 ədəd və digər ləvazimatlar göndərilib.
Qeyd edək ki, Kahramanmaraşda keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfər sağ, 741 nəfərin isə cəsədi çıxarılıb. Kahramanmaraş rayonunda fəaliyyət göstərən mobil səhra hospitalında bugünədək 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. FHN-in Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib