22 Dekabr 2024

Azərbaycan etibarlı tranzit ölkə kimi tanınır

10 oktyabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası Şuşada keçirildi.  Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. Şuşa açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platformaya çevrilir. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclas ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.

Azərbaycan Liderinin müraciət mətnində ölkəmizin sülh təşəbbüsləri və hazırda bu sahə ilə bağlı tarixi şansın yarandığı haqda məlumat verilmişdir. Vətən Müharibəsinin başa çatmasından 3 il keçsə də Ermənistan tərəfi Azərbaycanın sülh təşəbbüslərini dəyərləndirmir. Lakin artıq Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb və hər keçən gün Ermənistanın ziyanına işləyir.

Müraciətində ölkəmizin yüksək tranzit və nəqliyyat – loqistika imkanları haqqqında məlumat verən Prezident İlham Əliyev bu sahədə həyata keçirilən layihələri və tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Əlverişli coğrafi mövqeyi və daxili sabitliyi nəticəsində Azərbaycan etibarlı tranzit ölkə kimi tanınır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri