Azərbaycan etibarlı tərəfdaş olduğunu daim nümayiş etdirir

Tarixi prizmadan nəzər salsaq görünən odur ki, dünya ölkələri müxtəlif inkişaf tempinə malikdir. Zaman keçdikcə bəzi ölkələrdə sürətli inkişaf gedir, bəzilərində isə əksinə, inkişaf sürəti aşağıdır. Bunu müxtəlif ölkələrdə baş verən ictimai, iqtisadi, sosial, siyasi, mədəni və elmi proseslərin cərəyan etməsilə də müşahidə etmək mümkündür.
74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi, onu da qeyd edək ki, 50 ildən sonra təkrar keçirilməsi onu göstərir ki, müxtəlif tarixi zamanlarda ölkəmiz yuxarıda sadaladığımız proseslərdə öz inkişaf sürətinə görə həmişə seçilib. Müasir dövrdə elmi-texnoloji inkişafın ön sıralarında Azərbaycan da özünəməxsus mövqe tutmuş və etibarlı tərəfdaş rolu oynayır. Ölkəmizin özünü dünyaya kosmik bir ölkə kimi təqdim etməsi, etibarlı müttəfiqlik və əməkdaşlıq əlaqələri Beynəlxalq Astronavtika Konqresi kimi bir tədbirin burada keçirilməsinə zəmin yaratmışdır. Həm inkişaf üçün, həm elm üçün, həm də gələcək üçün önəmli müzakirələrin aparıldığı, 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının olduğu bu cür mötəbər Konqresin Azərbaycanda təşkil olunması dövlətimizə olan çox böyük etibarı və Azərbaycanın bu gün dünyada nə qədər önəmli bir dövlət, etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.
Oktyabrın 2-də keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak ediblər. Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış edib. Çıxışı zamanı Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafı davam etdirilir. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Nərgiz Şıxməmmədova
YAP Ağstafa rayon təşkilatının fəalı