20 Aprel 2024

Azərbaycan əleyhinə sənəd Ermənistan parlamentindən keçmədi

Ermənistan parlamentinin 2 dekabr tarixində keçirilən növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin 8 noyabr tarixli bəyanatına cavab sənədini qəbul etmək mümkün olmayıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bəyanat layihəsinə səsvermə keçirilib. Lakin səsvermədə parlament müxalifətinin təmsilçilərindən ibarət olan cəmi 31 deputat iştirak edib. Hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar isə səsvermədə bitərəf qalıb.

Bununla da parlament “Ermənistan” blokunun hazırladığı bəyanat layihəsini qəbul etməyib.

Qeyd edək ki, layihədəki “Artsax və “erməni xalqının müqəddəratı” kimi ifadələr etiraz doğurub.