Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının videoroliki: Gənclər Gününü əcnəbilər belə təbrik etdilər.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı 2 Fevral “Gənclər gününə” həsr olunmuş maraqlı videorolik hazırlayıb. Videorolikdə təşkilatın xarici ölkələrdəki tərəfdaş dostlarının Azərbaycanlı gənclərə müxtəlif dillərdə təbrikləri ünvanlanıb. İyirmidən yuxarı əcnəbi gənc- Türkiyə, Fransa, İtaliya, Yunanıstan, Makedoniya, Ukrayna , Moldova, Rusiya , Polşa və.sair təmsilçilər azərbaycanlı gənclərə xoş arzularını söyləyiblər.
Videorolik Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İdarə Heyətinin üzvü, GİN yanında İctimai Şuranın üzvü Hüseyn Əsgərlinin təbriki ilə başlayır. Sonra təbrikə ardıcıllıqla Türkiyə,Fransa,İspaniya,Ruminya,Moldova,Ukrayna,Rusiya,Belarus,İtaliya,Yunanıstan,Makedoniya, Serbiya,Bosniya,Hersoqovina,Finlandiya,Gürcüstan,Bolqarıstan,Çex, Polşa, Sloveniya gəncləri qoşulub.
Media1.az- Musa Muradlı