05 Noyabr 2024

Azərbaycan bütün sülhməramlı dövlətlərlə əməkdaşlığa açıq ölkədir

Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev ürək ağrısı ilə erməni vandalizmini görür, oradan bütün dünyaya səslənirdi. İkili standartlardan uzaq ədalətli bir yanaşma tələb edirdi. Ancaq eyni zamanda, əminliklə, qətiyyətlə deyirdi ki, tezliklə bu tarixi Azərbaycan torpaqlarında həyat yenidən canlanacaq, insanlar öz doğma dədə-baba yurdlarına qayıdacaq, bu diyarda festivallar, elmi-mədəni tədbirlər, görüşlər keçiriləcək.  Çox qısa zaman keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu gün artıq keçmiş məcburi köçkünlər öz Vətənindədir. Burada çox mühüm beynəlxalq konfranslar keçirilir. Bunlardan biri də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasıdır. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərləri iştirak ediblər. Azərbaycanın təşəbbüsü ilə bu ilki iclasın təşkilatın mövzusu “Yaşıl keçid və qarşılıqlı əlaqələr” adlanır.

Dövlət başçısı bir daha regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycanın 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü xatırlatdı. Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Gürcüstana səfər edən Prezident İlham Əliyev Cənubi Qafqazda olan problemlərin elə yerində, yəni Cənubi Qafqazda həll olunmasının vacibliyini bəyan edərək “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstanın vasitəçi qismində iştirakını daha arzuolunan olduğunu bildirmişdi”.

Ölkəmizin etibarlı tranzit ölkə olduğunu və bizim nəqliyyat-logistika infrastrukturumuzun bütün İƏT ölkələri üçün açıq olduğunu bəyan edən ölkə başçısı Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyimizi də görüş iştirakçılarıın nəzərinə çatdırdı. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində də fəal çalışır.   Qeyd etmək lazımdır ki, Azərbayca regional nəqliyyat və tranzit dəhliz­lərinin inkişaf etdirilməsi istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis etmişdir.  Eyni zamanda, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilmişdir. Beləliklə, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi quruma daxil olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Və əməkdaşlığın daha da şaxələnməsi sahəsində mühüm təşəbbüslərlə çıxış edir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi