Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib – RƏSMİ
Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib.
BRICS-in üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasıdır (Brazil, Russia, India, China, South Africa, BRICS).