24 Dekabr 2024

Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib

Deputat Azay Quliyev Naxçıvani küçəsi, 38a saylı binanın həyətində və Binəqədi Gəncləri Evində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər binanın həyətinin abadlaşması, kommunal, məşğulluq, təhsil və səhiyyə məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin əməkdaşı Əlizamin Quliyev iştirak edib.

Media1.az