02 İyun 2025

Azay Quliyev: “Qarşıda bizi çox ciddi sınaq gözləyir”

Millət vəkili Azay Quliyev 25 dekabr 2020-ci ildə Milli Məclsin Plenar iclasında büdcə müzakirəsi zamanı çıxış edib. Musavat.com-un məlumatına görə, o deyib:

– Büdcə layihəsi kifayət qədər uğurlu hazırlanıb və 2021-ci ildə qarşımızada duran vəzifələrinin icrası üçün ciddi təminatlar yaradır.

Pandemiyanın yaratdığı iqtisadi böhrana baxmayaraq, gələn ilin büdcəsində kifayət qədər artımın nəzərdə tutması cənab Prezidentin və hökumətin ciddi nailiyyətidir. Bilirsiniz ki, bir çox ölkələrdə nəinki artım nəqəzərdə tutulmur, əksinə büdcədə əhəmiyyətli dərəcədə azalmalar baş verir.

Bu ilin büdcəsi həm də Qələbə büdcəsi kimi tarixə düşəcək. Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüz bərpa etdi. Biz hamımız ilk dəfə büdcədə Qarabağın quruculuğu və Böyük Qayıdışa hazırlıq üçün 2,2 milyard manat vəsaitin ayrılması sevincini yaşayarıq.

Büdcədə Ordunun gücləndiriməsi üçün də kifayət qədər vəsaitin nəzərdə tutulması və müdafiə xərclərinin 20 faiz artırılması yerli və büynəlxalq exspertlər tərəfindən xüsusi müzakirə olunur. Bu çox doğru qərardır və bizi bunu alqışlaryırıq. Çünki, biz Qalib Ordu olaraq bundan sonra da inkişafımzı davam etdirməli, istənilən təhlükənin öhdəsindən gəlməyi bacarmalıyıq.

Bu baxımdan hesab edirəm ki, biz büdcə ilə bağlı verdiyimiz təkliflərdə əsas prioriteti orduya, əsgər və zabitlərimizin maddi və sosial məsələlərinin daha da yaxşılaşdırılmasına yönəltməliyik.

Buna görə də icazənizlə bu istiqamətdə bir sıra təkliflərimi diqqətinizə çatdırmaq istərdim.

1) Müddətli hərbi qulluqçuların fərdi ehtiyaclarını qarşılamaq üçün verilən aylıq maaşa və ya pul təminatına yenidən baxılsın.

Müddətli həqiqi hərbi xidmət qulluqçularının (əsgər və çavuşların) gündəlik fərdi ehtiyaclarını qarşılamaq üçün aylıq maaşlarının artırılması; hazırda əsgər 13 manat, baş əsgər16 manat, çavuş 22 manat alır. Döyüş bölgəsində bu rəqəmlər bir az fəqlidir, iki dəfə çoxdur. Ancaq təbii ki, bu da kifayət etmir. Təklif edirik ki, bu rəqəm an azı iki dəfə artırılısın.

2) Müharibə zamanı hərbi xidmətə çağırılan və ya könüllü iştirak edən şəxslərə birdəfəlik ödənilən aylıq pul vəasitinin həcminə yenidən baxılsın

Sentyabrın 27-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə hər ay üçün 360 manat ödəniləcək.

Bu adamların əməyini heç bir pulla ödəmək mümkün deyil, lakin bu rəqəm də çox azdır. Yaxşı olar ki, bir dəfəlik bu pul təminatı ən azı iki dəfə artırılsın. Bu artım hamıya mümkün olmasa, heç olmasa müharibəyə qədər işlədiyi yerdən əmək haqqı alanlar istisna olmaqla, heç bir yerdə işləməyənlərə bu təminat artırılsın. Bu hərbi qulluqçuların bəzilərinin ailəsi kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkirlər.

Bir də əgər bu adamlar şəhid və qazi olmayıblarsa, onlar qəhrəmandırlar və ölkəmiz üçün etdiklərinin müqabilində lazımı diqqətlə təmin olunmalıdır.

3) Müddətdən artıq xidmətdə olan zabit və gizirlərə nəzərdə tutulan 128 manatla bağlı məsələ

Nazirlər Kabinetinin son qərarına görə müddətdən artıq xidmətdə olan zabit və gizirlərə 64 manatlıq ərzaq pulu 128 manata qaldırılıb, lakin bu vəsaiti hələ də almayan hərbi qulluqçularımız var. Mən çox istıərdim ki, hörmətli maliyyə naziri bu suala aydınıq gətirsin. Bu vəsait ödənilir və ya bu ilki büdcədə nəzrdə tutulubmu? Əgər tutulmayıbsa xahiş edərdim ki, bu məbləğ nəzərə alınsın.

4) Şəhid ailələri, Qazi və Veteran təşkilatlarının Konfederasiyası yaradılsın və bu quruma dövlət büdcəsindən hər il birbaşa vəsait ayrılsın

Böyük vətən müharibəsi veteranları təşkilatları vüdcədən birbaşa datasiya alır. Lakin Qarabağ müharibəsinin şəhid ailələri, veteranları və qazilərinin hüquqlarını qoruyan təşkilatlar maliyyələşmir. Düzdür, bu kateqoriyadan olan təşkilatların sayı çoxdur və onların hamısına ayrılıqda birbaşa büdcədən vəsait ayırmaa mümkün deyil. Ona görə də bu qrumlar bir konfedarsiyada birləşsə və onlara dövlət tərəfindən bir başa və ayrıca büdcə xətti ilə maliyyə yardımı ayrılsa yaxşı olar. Konfederasiaya yeni yaradılmış və uğurla fəaliyyət göstərən YAŞAT fondunun işinə dəsətək olar. İnteqrasiya və psixoloji yardımları təmini üçün bu qurumların fəaliyyətinin koordinasiyası çox vacibdir.

5) İnformasiya müharibəsində yeni çağırışlara hazır olmalıyıq

Gələn il informasiya müharibəsində iştirak edən bır sıra qurumlara ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Qarşıda bizi çox ciddi sınaq gözləyir. Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, xarici ölkələrin vətəndaş cəmiyyəti instututları, media nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlarla adekvat işin qurulması işinə xüsusi diqqət yetirməliyik.

Xarici ölkələrdəki səfriliklərimizə, XİN-in yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinə və Diaspora Komitəsinə bu məqsədlə ayrılan vəsaitin 10 -20 faiz civarında artırılması məsələsinə baxıla bilər.