Azay Quliyev ATƏT PA-nın sessiyasında erməni yalanlarını ifşa etdi – təxribat cəhdinin qarşısı alındı VİDEO
“Dağlıq Qarabağ”ın statusunu süni şəkildə gündəmə gətirməyin, biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik”
Fevralın 24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib.
Media1.az Musavat.coma istinadən xəbər verir ki, iclas çərçivəsində ATƏT PA-nın Prezidenti, Baş katibi, xəzinədarı, Xüsusi Komitə rəhbərləri və digər nümayəndələrinin hesabatları dinlənilib, eləcə də Assambleyanın gələcək tədbirlərinin təşkilati məsələləri müzakirə olunub.
İclasda iştirak edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Baş katibi Roberto Montellanın hesabatında Ermənistanla Azərbaycan arasında parlament dialoqunun qurulmasında ATƏT PA-nın mümkün roluna dair müddəaları barədə fikirlərini bölüşüb.
Azay Quliyevin çıxışının ( https://www.youtube.com/watch?v=vijCWoTcqnI ) mətnini aşağıda təqdim edirik: