Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır
30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla sona çatdırdı və torpaqlarımız azad oldu. Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Azərbaycan ənənələri olan ölkədir. Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız Dövlət Bayrağımız altında bir amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir. Prezident cənab İlham Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla kifayətlənmir, daim irəli baxırıq. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük üfiqlər açılııb. Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Əlövsət Məmmədov
YAP Bərdə rayon təşkilatı məsləhətçi