22 Dekabr 2024

Azərbaycanda uşaqların koronavirus əleyhinə peyvənd olunması nəzərdə tutulmur

“Hazırda Azərbaycanda uşaqların koronavirus əleyhinə peyvənd olunmasını düşünmürük”.

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, alınan vaksinlərin təyinatında 18 yaşdan yuxarı şəxslərə vurulması qeyd olunur: “Hələlik uşaqları vaksinasiya etməyə ehtiyac görmürük. Bu, araşdırılmalıdır. Gələcəkdə Ümumdünya Səhiyyə Təşkilatı, beynəlxalq təşkilatlar tövsiyə etsə, barədə düşünəcəyik”.

Y. Qarayeva qeyd edib ki, ölkəyə gətiriləcək müxtəlif növ vaksinlərin xüsusi olaraq hər hansı yaş qrupuna uyğun tətbiq olunması düşünülmür: “Vaksinasiyanın məqsədi xəstəliyin ağır gedişatını və ölümləri azaltmaqdır”.