22 Dekabr 2024

Azərbaycanda pomidor istehsal edən ailə təsərrüfatları vahid kooperativə birləşdiriləcək

Əsasən Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən və pomidor istehsal edən ailə təsərrüfatları vahid kooperativə birləşdiriləcək.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondunun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, kooperativ yaratmaq fikri ailə təsərrüfatlarının məhsullarının xarici bazarlara çıxışını asanlaşdırmağa əsaslanır, çünki bunu özləri edə bilmirlər: “Layihənin icrasına gələn aydan başlanacaq. Layihə icrası ilə bağlı Azpromo və KOBIA tərəfindən birgə işçi qrupu yaradılıb. Layihəyə həmçinin Qida Təhlükəsizliyi Agentliyi cəlb olunub”.